Tələbələrimiz istehsalat təcrübəsinə başlamışlar
-(1)-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin K011İ qrup tələbələri 16 fevral tarixindən etibarən istehsalat təcrübəsinə başlamışlar. Təcrübə proqramı çərçivəsində tələbələr kimya sahəsində ixtisaslaşmış dörd aparıcı qurumda praktik fəaliyyət göstərirlər. Tələbələr növbəli şəkildə aşağıdakı müəssisələrdə təcrübə keçirlər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən "Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya" Geologiya və Geofizika İnstitutu (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu. Təcrübə müddətində tələbələr dörd qrupa bölünərək hər bir müəssisədə mərhələli şəkildə praktik məşğələlərdə iştirak edirlər. Bu proses onların nəzəri biliklərinin praktik müstəvidə tətbiqinə, müasir laboratoriya avadanlıqları ilə işləmək bacarıqlarının formalaşmasına və analitik təhlil metodlarını dərindən mənimsəmələrinə şərait yaradır. Fakültənin müəllimi Minayə xanım tələbələrin təcrübə prosesini yaxından izləmək məqsədilə Səhiyyə Nazirliyinin "Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya"sını ziyarət etmiş, onların praktik fəaliyyəti ilə tanış olmuşdur. Tələbələr laboratoriyada aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlar əldə edirlər: Ağır metalların (Pb, Cd, Hg və s.) təyini və kəmiyyət analizi, Bioloji nümunələrdə narkotik və psixotrop maddələrin təyini. Qanda və digər bioloji mayelərdə alkoqolun təyini, maddələrin ayırma və saflaşdırma üsulları, fiziki-kimyəvi analiz üçün nümunələrin hazırlanması və mineralizasiyası. Tələbələr həmçinin müasir analitik cihazlarla praktik olaraq işləyirlər: ICP-MS, LC-MSMS, GC, UV-vis spektorfotometr. Bundan əlavə, tələbələr keyfiyyətə nəzarət (quality control), kalibrləmə əyrilərinin qurulması, analitik nəticələrin statistik işlənməsi, standart və referens materiallarla iş prinsipləri ilə tanış olurlar. Bu təcrübə proqramı tələbələrin peşəkar kimyaçı kimi formalaşmasında, analitik düşüncə qabiliyyətlərinin inkişafında və gələcək əmək fəaliyyətinə hazırlıqlarında mühüm rol oynayır.