Kimyanın tədrisi metodikası kafedrasında növbəti Elmi seminar
Kimya fakültəsində “Kimyanın tədrisi metodikası” kafedrasının müəllimi, Arzu Paşayevanın təqdimatında «Yaxın İnkişaf Zonası və sosial münasibətlərin təhsildə rolu və Skafoldinq strategiyalarının təqdim olunması» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Arzu Paşayeva Viqotski nəzəriyyəsinin, Skafoldinq prinsipi, şagirdlərin zehni inkişaflarının keçdiyi mərhələlər haqqında ətraflı məlumat vermiş, Viqotskinin perspektivindən yanaşaraq şagirdin öyrənmə prosesində müəllimin rolu vasitəçilik, sosial əlaqə vasitəsilə biliyə gedən yola körpü salınması kimi, yaxın inkişaf zonasının isə şagirdlərdə inkişaf etməkdə olan kompetensiyaların ortaya çıxarmasının izahını vermişdir.
Arzu Paşayeva geniş məruzə ilə çıxış edərək bildirimişdir ki, öyrənməyin ən səmərəli yolu praktik tədqiqatdır. Dərslərimizdə Skafoldinqdən istifadə etməklə biz mövzu üzrə dominant ekspert deyil, sadəcə fasilitator rolunda çıxış edə bilərik. Bu yolla şagirdlər nəinki öyrənməyin, hətta öyrətməyin məsuliyyətini öz üzərlərinə götürürlər. Skafoldinq, adətən, müəllim və individual şagird arasında baş versə də, ondan bütün sinif üçün istifadə etmək olar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.