“Bahar nağılı” adlı tədbir keçirilib
Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkərlar İttifaqının, Bakı Dövlət Universiteti “Könüllüləri”-nin birgə təşkilatçılığı Novuz bayramına həsr olunmuş “Bahar nağılı” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Kimya fakültəsinin dekanı Fuad Kərimli, dekan müavini Taleh Qəhrəmanov bu əziz gündə şəhidlərimizin rühunu ehtiramla yad edərək, İlaxır çərşənbə və qarşıdan gələn Bahar bayramı münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik edərək bildirdilər ki, Novruz bayramının milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında özünəməxsus yeri var, bu bayram xalqımızın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir. Son illər yurdumuza gələn bahar da başqa bir abu-havadadır. Torpaq çərşənbəsinin, yazın gəlişindən xəbər verən Novruz bayramının Azərbaycanın tarixi torpağının bir parçası olan Qarabağda qeyd edilməsi uzun illərin həsrətinə son qoydu. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqımızın birliyi, həmrəliyi dayanır. Baharın gəlişi ilə torpağının hər qarışına yeni nəfəs gələn yurdumuzda - işğaldan azad olunmuş torpaqlarımızda Müzəffər Ali Baş Komabndan İlham Əliyevin rəhbərliyi İlə başlanan abadlıq-quruculuq işləri hər birimizdə qürur hissi yaradır, sevincimizə sevinc qatır. Tədbirdə fakültə tələbələri Hüseynov Nurxan, Əliyev Murad, Yusifova Əfsanə, Məmmədova Zəkiyyə, Süleymanova Aydan, Hidayətova Şəlalə, Əliyeva Nəzrin, Bəndəliyeva Duyğu, İmanova Aysu, Məmmədova Nuray, Abışzadə Aysun, Şirinova Şəxavət, Məmmədov Alim, İmanzadə Sadiq, Hüseyn Xədicə, Ələkbərova Fatimə, Şirinova Şücayət, Ələkbərzadə Günay, Hüseynova Rəhilə tərəfindən hazırlanmış müxtəlif musiqilər, rəqslər, əyləncəli səhnələr nümayiş etdirilmiş, Novruz bayramına aid şeirlər səsləndirilmiş, videoçarx nümayiş olunmuşdur.