Ölkədaxili əməkdaşlıq

Kimya fakültəsi ölkədə fəaliyyət göstərən, dövlət və özəl müəssisələrlə geniş şəkildə əməkdaşlıq edir. Tədris prosesinin innovativ metodlar əsasında qurulması, elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eyni zamanda tələbələrin gələcəkdə işlə təmin edilməsi baxımından bu qurumlarla əməkdaşlıq olduqca əhəmiyyətlidir. Fakültə əməkdaşları eyni zamanda bu qurumların təşkil etdiyi müxtəlif tədbir və təlimlərdə iştirak edir. Fakültənin elmi və intellektual potensialı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materiallar İnstitutu, Radiasiya Problemləri İnstitutu, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodu, Qaz emalı zavodu, Ekologiya idarəsi, Azərkimya və Azneft istehsalat birlikləri, Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməyə imkan verir. Göstərilən təşkilat və müəssisələr fakültədə təhsil alan tələbələrin elmi və təhsil təcrübələrinin təşkilində, əməkdaşların ixtisas artırılmasında fəal iştirak edirlər. Bu əməkdaşlığın nəticəsi olaraq fakültənin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda baza filialı fəaliyyət göstərir. Aparılan elmi əməkdaşlığın nəticəsi olaraq fakültənin aparıcı mütəxəssisləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın maliyyələşdirdiyi qrant müsabiqələrində birgə iştirak edirlər.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət